“Qarabağ” qol vursaydı, işimiz çətinləşərdi” – Hernandes

“Sevilya”nın futbolçusu Xavyer Hernandes Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşdıqları oyun haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun saytına danışan meksikalı hücumçu, 3:0 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Nəticəyə görə xoşbəxtik. Hədəfim qol vurmaq idi. İlk qola qədər yaxşı oynamırdıq, rəqib təzyiq edirdi. “Qarabağ” qol vursaydı, işimiz çətinləşərdi. Sonradan daha iki qol vurub qələbə qazandıq.

Özümü yaxşı hiss edirdim. Ümid edirəm ki, bütün komandamız və baş məşqçimiz bunu belə görüb. Gəldiyimdən bu yana həmişə demişəm ki, uğura ac, eyni zamanda həyəcanlıyam. Meydanda bütün gücümü göstərmək istəyirəm. Düşünürəm ki, belə müsbət nəticələrimiz qarşıda daha çox olacaq. Biz artırmaqda davam edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button