Seneqallı hücumçu “Çelsi”yə qayıdacaq

“Bayern”in hücumçusu Nikolas Cekson mövsümün sonunda, icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra “Çelsi”yə geri dönəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi və baş məşqçi Vensan Kompani seneqallı futbolçunun performansından və peşəkarlığından razıdır, ancaq onunla bağlı nə ikinci icarə, nə də tam transfer üzrə danışıqlar planlaşdırılmır.

24 yaşlı forvard bir çox klubun maraq dairəsindədir, ancaq yayda ilk olaraq “Çelsi”yə qayıdacaq.

O, cari mövsümdə Bundesliqada 19 oyuna çıxaraq, 6 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button