ÇL: “Seltik” texniki cəhətdən çox yaxşıdır” – “Latsio”nun baş məşqçisi

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Seltik”lə oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis çətin matç olacağını bildirib:

“Seltik” texniki cəhətdən çox yaxşıdır və çox yüksək tempdə oynayır. Bu, asan komanda deyil. Çətin oyun olacaq. Bizim oyuna münasibətimiz təkcə baş məşqçinin sözlərindən deyil, bir çox amillərdən asılı olacaq”.

Sarri karyerası ərzində “Napoli”, “Empoli”, “Alessandria”, “Sorrento”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Peskara” kimi klublarda da çalışıb.

“Latsio” – “Seltik” görüşü bu gün saat 21:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button