
“Seltik” baş məşqçini bir ay sonra istefaya göndərdi
Şotlandiyanın “Seltik” komandası baş məşqçisi Vilfrid Nensi ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Nensi 2025-ci il dekabrın 5-də komandaya baş məşqçi təyin olunmuşdu. Şotlandiya nəhəngi onun rəhbərliyi altında cəmi 8 oyuna çıxıb, bu görüşlərin 6-da məğlubiyyətlə üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



