Sarri “Yuventus”da nə qədər qazanacaq?

“Çelsi”nin baş məşqçisi Mauritsio Sarrinin “Yuventus”u çalışdıracağı iddia olunur.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatı Sarrinin Turin təmsilçisində qazanacağı illik məvacibi açıqlayıb. 60 yaşlı mütəxəssis “Yuventus”da ilinə 6-7 milyon avro qazanacaq. Sarrinin 3 illik müqaviləyə imza atacağı gözlənilir.

Hazırda “Çelsi”ni çalışdıran Mauritsio Sarri, “zadəganlar”la son mövsümdə Avropa Liqasının qalibi olub.