Sarri: “İtaliya kubokunun formatını heç sevmirəm”

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri İtaliya kubokunun 1/4 final mərhələsinin “Roma” ilə oyunu ərəfəsində zədəli futbolçuların durumundan danışıb.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis həmçinin, turnirin formatı haqda fikirlərini söyləyib:

“Çiro İmmobile və Luis Alberto sabah test verəcəklər, ən yaxşı halda çərşənbə axşamı kollektivlə məşqlərə qatılacaqlar. İsaksen və Mattia Zakkanyanın da dünən problemləri oldu deyə, onların durumuna da baxacağıq. İtaliya kubokunun formatını heç sevmirəm. Bunu hamı bilir. Biz hətta ölkə kubokunda növbəti mərhələyə çıxmaqda maraqlı deyilik. Lakin derbidir deyə, bizə çox maraqlıdır. Bu, millətimiz üçün də çox şey deməkdir”.

İtaliya kubokunun reqlamentinə əsasən, birinci və digər mərhələlər, eləcə də 1/8 və 1/4 final yalnız bir matçdan, yarımfinal isə iki matçdan ibarətdir: hər komanda evdə və səfərdə oynayır. Final matçı isə bir görüşdən ibarət olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button