“Heyətdə 5-6 dəyişiklik etmək haqda fikirləşirəm” – Sarri

Avropa Liqasının 1/4 final mərhələsində “Slaviya” ilə qarşılaşacaq “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Sarri, Çexiya təmsilçisinin çətin rəqib olduğunu deyib:

“Diqqətli olmalıyıq, bizi çətin rəqiblə oyun gözləyir. “Slaviya” çox təhlükəli rəqibdir. “Sevilya”ya iki oyunda 6 qol vurublar. Çox sürətli oyun sərgiləyirlər. Müdafiədə sıx oynamalıyıq.

Eden Hazardın oynayıb-oynamayacağına oyun saatında qərar verəcəm. Heyətdə 5-6 dəyişiklik etmək haqda fikirləşirəm”.

“Slaviya” – “Çelsi” matçı bu gün, saat 23:00-da start götürəcək.