“Sanderlend” futbolçularını tətilə göndərdi – maaş da ödəməyəcək

İngiltərənin “Sanderlend” klubu koronavirus pandemiyasına görə yaranan böhranla əlaqədar gözlənilməz qərar qəbul edib.

Komanda.az xəbər verir ki, ölkənin gücünə görə üçüncü liqasında (League One) mübariz aparan klub bütün oyunçularını tətilə göndərib. Yalnız bəzi klub rəsmilərinin və baş məşqçi Fil Parkinsonun evdən işinə davam edəcəyini açıqlayan klub tətilə göndərilənlərə maaş verilməyəcəyini də bəyan edib:

“Əsas komandanın üzvləri və məşqçiləri, akademiyanın oyunçuları və klub işçilərinin çoxu koronavirusun təsirləri səbəbindən məvacibsiz tətilə buraxılıb. Yalnız klub rəsmilərindən bəzisi və baş məşqçi Fil Parkinson ev şəraitində işləməyə davam edəcək”.

“Sanderlend”də bu vəziyyətin nə vaxta kimi davam edəcəyi açıqlanmayıb.