
“Şamaxı” – “Qarabağ” matçının başlama saatı dəyişdirildi
Güclü qar səbəbindən Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişilib.
Bu barədə Komanda.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.
Bildirilib ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



