Salah La Liqa klubuna keçmək istəyir

“Liverpul”un hücumçusu Məhəmməd Salah klubdan ayrılmağı düşünür.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, 30 yaşlı misirli futbolçu üçün prioritet variant İspaniyanın La Liqa klublarından birinə keçməkdir.

Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 22 qol vurub və 11 məhsuldar ötürmə edib. Hücumçunun mersisaydlılarla müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button