Çempionlar Turu: Məmmədyarov iştirakçılar arasında, Rəcəbov kənarda qaldı

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 8-ci mərhələsinin iştirakçıları bəlli olub.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov “Chessable Masters” adlanan turnirdə mübarizə aparacaq. Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.

Turnirdə iştirak edəcək 16 şahmatçıdan 13-nün adı açıqlanıb. Siyahıda 12 yaşında qrossmeyster adını qazanmış ABŞ təmsilçisi Abhimanyu Mişra da var. Digər 3 şahmatçı daha sonra bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button