
“Hazırda özümü çox güvənli hiss edirəm” – “Barselona”nın qapıçısı
“Barselona”nın qapıçısı Xuan Qarsiya cari mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı qolkiper hər epizodda komandasına kömək etməyə çalışdığını bildirib:
“Matçın hər anında seyvlər etməyə çalışıram. Bəzən alınır, bəzən yox, amma hazırda özümü çox güvənli hiss edirəm və yaxşı formadayam. Şadam ki, qurtarışlarım komandaya qələbə qazandırır. Qapıçı əsas məqamlarda yerində olmalıdır”.
Qarsiya bu mövsüm bütün turnirlər daxil olmaqla 36 oyunda iştirak edib, 35 qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.
“Barselona” La Liqada növbəti oyununu aprelin 4-də, səfərdə “Atletiko”ya qarşı keçirəcək. Kataloniyalılar hazırda turnir cədvəlinə başçılıq edirlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



