“Şükürlər olsun ki, ayrılmaq istədiyimi başa düşdülər” – “Sabah”dan ayrılan futbolçu

“Sabah”ın sabiq futbolçusu Rocer Roxas Honduras mətbuatına açıqlama verib.

Komanda.az “elespectador.com” saytına istinadən xəbər verir ki, 29 yaşlı honduraslı hücumçu, “Sabah”dan ayrılması haqda danışıb:

“Sabah”da olarkən məndən “Deportes Tolima”da oynamaq istədiyimi soruşdular. “Deportes Tolima”nun baş məşqçisi Hernan Torres mənə zəng edərək, vəziyyətimlə maraqlandı. Ona dedim ki, orda oynamaq istəyərəm. Mən Azərbaycan klubu ilə danışdım və şükürlər olsun ki, ayrılmaq istədiyimi başa düşdülər”.

Roxas bu ilin yanvarında “Deportes Tolimo” klubuna keçib.