
“Sabah”ın rəqibləri bəlli oldu
Növbəti mövsüm üçün hazırlığı davam etdirən “Sabah”ın Bakı toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər bəlli olub.
Komanda.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən komanda iyulun 9-da “Sumqayıt”la, iyulun 14-də isə “Səbail”lə üz-üzə gələcək.
“Sumqayıt”la matç Sumqayıtda, “Səbail”lə oyun isə “Bank Respublika Arena”da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



