Sabah”ın məşqçisi: “Fasilə bizim üçün faydalı olacaq”

“Sabah”ın məşqçisi Artur Olenin Premyer Liqanın 7-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Əvvəlcə şəhidlərə Allahdan rəhmət diləyirəm. Ümid edirəm, müharibə tez bitəcək. Oyuna gəldikdə, üstünlük bizdə oldu. Yaxşı qol imkanlarımız var idi. Rəqibin qolundan sonra da hücumlarımızı artırdıq və 3-cü qolu vurduq.
  • Hesabda irəli olandan sonra komandanın rəqibə qeyri-ciddi yanaşdığını demək olar?
  • Məncə, belə olmadı. Rahatlaşsaydıq, daha çox qol vurmağa çalışmazdıq. Kuryoz qol buraxdıq.
  • Futbolçularınıza rəqibdə əsas nəyə diqqət etməyi tövsiyə edirdiz?
  • Oyun ərzində etməli olduqlarını deyirdik.
  • İndiki məqamda qarşıdakı fasilə “Sabah” üçün faydalıdır?
  • Əlimizdə olan oyunçularla hazırlaşacağıq. Zədəlilərimiz də fasilədən sonra geri qayıdacaq. Bu, bizim üçün faydalı olacaq.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button