“Sabah”ın məşqçisi 5 oyunluq diskvalifikasiya olundu

AFFA İntizam Komitəsi Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” matçında təhqiredici hərəkət edən “Sabah”ın məşqçisi Miloş Jevticlə bağlı araşdırmaya yekun vurulub.

Komanda.az xəbər verir ki, araşdırmanın nəticəsinə görə, Jevtic təhqiredici hərəkətə görə qırımızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 4000 manat cərimələnib.

“Sabah” – “Neftçi” matçı 2:2 hesabıyla bitib.