“Sabah”ın futbolçusu zədəyə görə millidən ayrılıb

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Bu barədə Komanda.az-a AFFA-nın mətbuat xidmətindən bildirilib.

“Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.

U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button