“Sabah”ın baş məşqçisi azarkeşlərdən üzr istədi

“Sabah”ın basketbol komandasının baş məşqçisi Boban Mitev FİBA Avropa kubokunun qrup mərhələsində Türkiyənin “Baxçaşəhər” klubuna ilə oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, komandasının 65:83 hesablı məğlubiyyətini belə şərh edib:

“Nəticəyə görə azarkeşlərdən üzr istəyirik. İlk hissədə hücumda səhvlərimiz oldu. “Baxçaşəhər” kimi rəqibə qarşı oyunda bu cür səhvlər qəbuledilməzdir. 4-cü periodda aradakı xal fərqini azalda bildik. Düşünürəm ki, hesab oyuna görə olmadı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button