“Sabah”dan növbəti heç-heçə

Avstriyada təlim-məşq toplanışında olan “Sabah” futbol komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi “Pakş”la üz-üzə gəlib.

Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

“Sabah” ilk yoxlama matçında Rumıniyanın “Rapid” komandası ilə heç-heçə edib – 2:2.

Bakı klubu Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya təmsilçisi “Çelye” ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da evdə, cavab matçı 17-də səfərdə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button