“Sabah”dan daha bir transfer

FİBA Avropa Kubokunun təsnifat mərhələsinə mübarizə aparacaq “Sabah” basketbol klubu daha bir transfer həyata keçirib.

Klubdan Komanda.az-a verilən məlumata görə, amerikalı Entoni Vilsonla 1 illik müqavilə bağlanıb.

204 sm boya malik 25 yaşlı idmançı NCAA-də (kollec liqası) iştirak edən “George Mayson Patriots” klubunun tarixinə bütün dövrlər üzrə ən çox blok (212) edən oyunçu kimi düşüb. O, son mövsümü Afrika Liqasında yer alan Nigeriyanın “Kvara Falkons” klubunda keçirib.

“Sabah” daha öncə Korin Henri, Pavle Marçinkoviç, Mayk Holton, Kivon Devonport, Şirzad Şirzadov və Endər Poladxanlını transfer edib. Fuad Niftəliyev, Rüstəm Əliyev, Əlikamran Məmmədov və Kaelin Kreynlə sözləşmənin müddəti isə daha 1 illik uzadılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button