“Sabah”da qol hesabımı açmağım mənim üçün ikiqat sevindiricidir” – Alxasov

“Sabah” Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə “Sumqayıt”ı 2:1 hesabıyla məğlub etdi.

Komanda.az xəbər verir ki, bu qarşılaşma “Sabah”ın futbolçuları Slavik Alxasov və Aleksey İsayev üçün əlamətdar olub. Belə ki, hər iki futbolçu “Sabah”ın formasında ilk qollarına imza atıblar.

Həm Slavik, həm də Aleksey “Sabah”da vurduqları ilk qolun təəssüratlarını klubun saytına bölüşüblər:

Slavik Alxasov: “Sevinirəm ki, dünənki qələbəmizdə mənim də payım oldu. Bizim üçün çox vacib qələbə idi. İli qalibiyyətlə başa vurmaq istəyirdik ki, buna da nail olduq. Sumqayıtda qazanılan 3 xal bütün komanda üçün yaxşı motivasiya oldu. Bu cür vacib qələbəyə qolla töhfə verməyim, həmçinin “Sabah”da qol hesabımı açmağım mənim üçün ikiqat sevindiricidir”.

Aleksey İsayev: “Çoxdandır qol vurmurdum. Əlbəttə, qol vurmaq həmişə xoşdur. Ancaq mənim üçün bundan da əsas olan, komandamın qalib gəlməsidir. Şadam ki, “Sabah”da qol hesabımı açdım və komandamın qələbəsinə töhfə verdim”.  

Xatırladaq ki, Slavik “Sumqayıt”la görüşün 26-cı dəqiqəsində hesabı açıb, Aleksey isə qarşılaşmanın 65-ci dəqiqəsində penaltidən fərqlənərək, oyunda həlledici, qələbə qoluna imza atıb. Hər iki futbolçu “Sabah”a bu ilin yayında qoşulublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button