“Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

Milli komandanın oyunlarıyla bağlı çempionatda yaranmış fasilə zamanı “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, sözügedən komanda bu gün Region Liqasında çıxış edən “FC Baku” ilə üz-üzə gəlib.

“Əlincə Arena”da keçirilən görüş 1:1 hesablı bərabərliklə nəticələnib. “Sabah”ın heyətində penaltidən Rəşad Eyubov fərqlənib.

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov bu oyunda aşağıdakı futbolçulara şans verib:

Tərlan Əhmədli, Kərim Diniyev (Elçin Əsədov), Filip İvanoviç (Eltun Turabov), Elgün Nəbiyev (Bəxtiyar Soltanov), Vanderson Silva (Novruz Məmmədov), Rəşad Eyubov, Coşqun Diniyev (Kamran Həsənov), Daniel Lomotey, Cavid İmamverdiyev (Reza Biqdelo), Erik Ramos (Məqsəd İsayev), Vadim Abdullayev (Marko Deviç).