“Sabah yazacaqlar ki, “İnter”in rəqibi yoxdur” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi “Napoli” üzərində qələbəni (3:0) şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis ilk hissəyə çox yaxşı başladıqlarını bildirib:

“İlk hissə çox yaxşı başladı. “Napoli İtaliya çempionudur. Bu, son altı oyunumuzdan beşinci səfər matçımızdır. Bir həftə ərzində üçüncü oyunumuzdur və bizə belə bir performans lazım idi. Hesabda 2:0 öndə olanda oyun nəzarət altında idi. Neapolda belə bir qələbə məmnunluq gətirir. Amma onu da bilirik ki, cəmi 14 tur keçib, qarşıda çoxlu matçlar var. Əminəm, sabah yazacaqlar ki, “İnter”in rəqibi yoxdur”.

İnzaqi 2021-ci ildən “İnter”ə rəhbərlik edir. O, bu müddət ərzində iki dəfə ölkə kubokunun və eyni sayda superkubokun sahibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button