
“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb
“Sabah” qapıçısı Stas Pokatilovla müqavilənin müddətini artırıb.
Bu barədə Komanda.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatan sözləşmənin müddəti daha bir il uzadılıb.
Pokatilov 2025-ci ilin yanvarından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə komandanın heyətində ümumilikdə 19 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



