“Sabah” “Neftçi” ilə “Qarabağ”ın etdiyini etdi

“Sabah” futbol üzrə Azərbaycan Premyer Liqasında yeni nailiyyətə imza atıb.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda buna ardıcıl 4 matçda qələbə qazanmaqla nail olub.

Paytaxt təmsilçisi son olaraq 4-cü turda səfərdə “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib.

“Sabah” ölkə çempionatlarına 4 qələbə ilə başlamağı bacaran 9-cu komanda olub. Bunadək 8 kollektiv mövsümün ilk 4 matçında xal itirməyib. Bunlar “Neftçi”, “Qarabağ”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Şəfa”, “Xəzri”, “Kəpəz” və AZAL-dır. İndiyədək 16 dəfə bir komanda ilk dörd qarşılaşmada 12 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button