“Sabah” apellyasiya verdi – AFFA İntizam Komitəsinin cəzalarına görə

“Sabah” klubu AFFA İntizam Komitəsinin Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” matçı (2:2) ilə bağlı verdiyi cəzalara görə apellyasiya verib.

Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən açıqlama verilib. Açıqlamada, AFFA İntizam Komitəsinin qərarları ilə bağlı apellyasiya verildiyi bildirilib.

AFFA İntizam Komitəsi “Sabah” klubunu ümumilikdə 8400 manat cərimələyib, futbolçular Bəhlul Mustafazadə və Filip İvanoviçi 1, Təmkin Xəlilzadəni isə 4 oyunluq cəzalandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button