“Sabah” İsrail klubuna məğlub oldu

Yeni mövsümə Bolqarıstanın Bansko şəhərində hazırlaşan “Sabah” təlim-məşq toplanışında bu gün ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi İsrailin yüksək liqasında çıxış edən “Hapoel” (Hadera) komandası ilə qarşılaşıb.

Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda baş tutan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah” Bolqarıstandakı hazırlıq çərçivəsində daha 2 sınaq matçında qüvvəsini sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button