
“Sabah” beynəlxalq turnirin qalibi oldu
Qazaxıstanın Konayev şəhərində keçirilən “Qonaev City Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.
Komanda.az xəbər verir ki, “Sabah”ın U-14 komandası turnirin yarımfinal mərhələsində yerli “Ceyran” komandasını böyük hesabla məğlub edib – 9:0. İlqar Mənsimovun baş məşqçisi olduğu komanda final oyununda Qazaxıstanın OSDYŞ komandasına da eyni hesabla (9:0) qalib gələrək, turniri çempion kimi başa vurub.
Qonaev City Cup
Yarımfinal
Ceyran – Sabah 0:9
Qollar: Əli Hacıyev (4), Murad Məmmədzadə (4), Həsən Məhmədov.
Final
Sabah – OSDYŞ Konayev 9:0
Qollar: Murad Məmmədov (4), Həsən Ramazanov, Ülvi Əlizadə (2), Həsən Məhmədov, Oruc Nəcəfli.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



