“Liverpul” argentinalı ilə şəxsi razılıq əldə edib

“Liverpul” “Brayton”un yarımmüdafiəçisi Aleksis Makallisterlə müqavilə imzalamağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı ilə şəxsi razılaşma əldə edilib.

Öncədən “qırmızılar”ın 24 yaşlı futbolçunu transfer etmək uğrunda digər klubları qabaqladıqları və keçidi rəsmiləşdirməyə hazır olduqları bildirilirdi.

Makallister cari mövsümdə “qağayılar”ın heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Aleksis Argentina milli komandası ilə DÇ-2022-nin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button