“Səbail” ilk transferini açıqlayıb

“Səbail” bu qış ilk transferini reallaşdırıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı cinah yarımmüdafiəçisi Madi Quetanı heyətinə qatıb. Klub onunla 1,5 illik müqavilə imzalayıb.

Queta son olaraq Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış edib. O, “Portu”nun yetirməsidir və karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının da formasını geyinib.

Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin Qvineya-Bissau yığmasının üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button