“Sevilya” ilə anlaşa bilməsə, MLS-ə üz tutacaq

Serxio Ramos 2023/24 mövsümünün sonunda “Sevilya”nı tərk edə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu yeni müqavilənin maliyyə şərtləri ilə bağlı klub rəhbərliyi ilə razılaşa bilmir. Tərəflər razılığa gələ bilməsə, ispan müdafiəçi komandanı azad agent kimi tərk edəcək.

Ramosun karyerasını MLS-də davam etdirmək variantı var. Futbolçu ilə iki klub maraqlanır: “İnter Mayami” və “Los Anceles Qalaksi”.

Ramos cari mövsümdə La Liqada 22 oyun keçirib, 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button