“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 5 oyun baş tutub.

“Auqsburq” evdə “Verder”ə, “Frayburq” “Volfsburq”a uduzub. “Leyptsiq”in qonağı olan Dortmund “Borussiya”sı darmadağına üzülüb.

Lider “Bayer” bu dəfə evdə “Ştutqart”la qarşılaşıb və son dəqiqə qolu ilə məğlubiyyətdən qurtulub. “Bayern” isə “Ayntraxt”ı məğlub yola salıb.

Almaniya Bundesliqası
31-ci tur

26 aprel

Boxum – Hoffenhaym 3:2
Qollar: Stoger, 34; 64. Passlak, 45+2 – Kramariç, 73; 84.

27 aprel

Auqsburq – Verder 0:3
Qollar: Şmid, 52. Dukş, 61. Deman, 90.

Bayern – Ayntraxt 2:1
Qollar
: Keyn, 9; 61-pen – Ekitike, 23.

Frayburq – Volfsburq 1:2
Qollar
: Bornau, 42-öz qapısına – Arnold, 82. Lakrua, 90.

Leyptsiq – Borussiya (Dortmund) 4:1
Qollar
: Openda, 23. Şeşko, 45+2. Simakan, 46. Baumqartner, 80 – Sanço, 20.

Bayer – Ştutqart 2:2
Qollar
: Adli, 61. Andrix, 90+6 – Fuhrix, 47. Undav, 57.

28 aprel

17:30. Borussiya (Mönhenqladbax) – Union Berlin
19:30. Maynts – Köln
21:30. Darmştadt – Haydenhaym

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button