“Səbail”dən növbəti transfer

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Elşən Abdullayevi transfer edib.

Bu barədə “dənizçilər”in rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1+1 formatında müqavilə imzalanıb. O, yeni komandasının heyətində “8” nömrəli formanı geyinəcək.

Abdullayevin son klubu “Sabah” olub. O, əvvəllər “Neftçi”, “Sumqayıt”, “Qarabağ” və “Zirə”də də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button