“Səbail”dən Diniyevlə yeni müqavilə – RƏSMİ

“Səbail” klubu baş məşqçisi Şahin Diniyevlə müqavilə müddətini uzadıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis daha bir il “dənizçilər”ə rəhbərlik edəcək.

Azərbaycan millisinin sabiq baş məşqçisi 2022-ci ildən etibarən “Səbail”də çalışır.

Komanda Premyer Liqasının son mövsümünü 42 xalla 7-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button