“Səbail”də daha bir yeni müqavilə

“Səbail” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rüfət Abdullazadə ilə yeni – 2 illik müqavilə imzalanıb.

23 yaşlı yarımmüdafiəçi Bakı təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə meydana çıxdığı 35 oyunda (2015 dəqiqə) 6 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Bakı təmsilçisi buna qədər Səlahət Ağayev, Ağabala Ramazanov və Adil Nağıyevlə yolları ayırdığını, Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyevlə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button