Rusiyanın məşhur klubunun “yutub” kanalı bağlandı

Rusiyanın ÇSKA (Moskva) klubunun “yutub”dakı kanalı bağlanıb.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva klubunun kanalına daxil olmaq istəyəndə xəta baş verir və ekranda “Bu səhifə mövcud deyil. Bəlkə başqa bir şey axtarırsınız?” mesajı görünür.

Bir neçə gün əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Veb.RF” dövlət korporasiyasına qarşı sanksiyalar tətbiq etdiyini açıqlamışdı.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button