Runi keçmiş komandasının baş məşqçisi təyin olundu

Bu yay İngiltərənin “Derbi Kaunti” komandasının baş məşqçisi postundan ayrılan Ueyn Runinin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 36 yaşlı mütəxəssis bundan sonra ABŞ-ın “Di Si Yunayted” komandasına rəhbərlik edəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

“Di Si Yunayted” baş məşqçisi Hernan Losadanı aprel ayında istefaya göndərmişdi. MLS təmsilçisinə həmin vaxtdan bəri müvəqqəti olaraq Çad Eşton rəhbərlik edirdi. Klubun yaydığı məlumata görə, Runi ABŞ-da işçi vizası alana qədər komandaya yenə Eşton rəhbərlik edəcək.

Xatırladaq ki, Runi futbolçu karyerası dönəmində də “Di Si Yunayted”də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button