“Bu kədərli reallığı qəbul etməliyik” – Almaniya millisinin üzvü

Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger 2026-cı il dünya çempionatından erkən ayrılmalarına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial media hesabında komandanın və azarkeşlərin yaşadığı məyusluqdan danışıb:

“Bu kədərli reallığı qəbul etməliyik. Komandadakı hər kəs çox kədərlidir, amma azarkeşlərimiz üçün daha da kədərliyik. Dəstəyinizə görə təşəkkür edirik”.

Almaniya millisi 1/16 finalda Paraqvay yığmasına uduzub. Oyun 1:1 hesabı ilə başa çatıb, lakin penaltilər seriyasında Paraqvay yığması 4:3 hesablı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button