“Ronaldonu tənqid edin”

Portuqaliya yığmasının yarımmüdafiəçi Bruno Fernandes komanda yoldaşı Kriştiano Ronaldo ilə bağlı azarkeşlərə müraciət edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Fernandes azarkeşlərdən Ronaldonu tənqid etmələrini xahiş edib.

“Siz onu tənqid edəndə biz onu ən yaxşı vəziyyətdə görürük” deyən Fernandes, Ronaldonun belə şəraitdə işləməyi xoşladığını bildirib. O, əlavə edib ki, Kriştiano ilə eyni komandada oynamaq onun gerçəkləşən arzusudur.

Ronaldo DÇ-2022-də qrup mərhələsində Qana ilə keçirilən oyunda komandasının ilk qolunu vurub. Oyun Portuqaliyanın qələbəsi ilə yekunlaşıb – 3:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button