Ronaldodan PSJ ilə oyunsonrası paylaşım

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo PSJ ilə yoldaşlıq oyunundan (4:5) sonra sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı futbolçu oyundan şəkillər paylaşıb və belə yazıb:

“Meydana qayıtdığım və qollar vurduğum üçün çox xoşbəxtəm! Köhnə dostları görmək çox xoş idi!”

Səudiyyə Ərəbistanın “Əl-Nəsr” və “Əl-Hilal” klublarının birləşməsindən ibarət seçmə komandada yer alan Ronaldo PSJ ilə matçda iki qol vurub və görüşün ən yaxşı oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button