Ronaldo cəzalandırılmadı – Təcavüz iddiasına görə

“Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bir modelə təcavüz etməsi ilə bağlı aparılan araşdırmalar başa çatıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırmalardan sonra ABŞ məhkəməsi təcavüzlə bağlı əsaslı sübutların olmadığını bildirib və futbolçunu heç bir məsuliyyətə cəlb etməyib.

Bir müddət əvvəl model Ketrin Mayorq 2009-cu ildə futbolçunun ona təcavüz etdiyini və bu barədə susması üçün 375 min avro ödədiyini iddia etmişdi.