Kolarov tibbi müayinədən keçdi – “İnter” üçün

“Roma”nın futbolçusu Aleksandar Kolarov paytaxt təmsilçisindən ayrılacaq.

Komanda.az xəbər verir ki, serbiyalı müdafiəçi yeni mövsümdən “İnter”in formasını geyinəcək. Bu barədə “Tuttomercatoweb” portalı məlumat yayıb. Xəbərdə, 34 yaşlı futbolçunun “neradzurra” üçün tibbi müayinədən keçdiyi bildirilir.

“İnter” Kolarovun transferini yaxın zamanda rəsmən açıqlayacaq.

2017-ci ildən “Roma”da çıxış edən Kolarovun paytaxt klubuyla müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button