“Onun “B planı” yox idi” – “Roma”nın prezidenti

“Roma”nın prezidenti Ceyms Pallotta, bir müddət əvvəl komandadan ayrılaraq “Sevilya”ya qayıdan idman direktoru Ramon Monçi ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub sahibi, Monçinin uğursuz olduğunu bildirərək, onu tənqid edib:

“Monçiyə futbolun açarını verdim, amma  bunun bir işə yaramadığı görünür. Noyabr ayında ona işlərimizin yaxşı getmədiyini dedim, amma onun “B planı” yox idi. “Roma”dakı işlərdən o məsuliyyət daşıyırdı. Hazırda indiyə qədər heç vaxt qarşılaşmadığımız çətinlik yaşayırıq. 2014-cü ildən bu yana ilk dəfə A Seriyasını ilk 3-lükdə bitirməyə bilərik”.

“Roma”dan əvvəl çalışdığı “Sevilya”ya qayıdan Monçi isə İtaliya klubundan ayrılmasının səbəbini belə açıqlayıb:

“Roma”dan prezidentlə fikirlərimiz fərqli olduğu üçün ayrıldım. Prezident sağa, mən isə sola getməyin daha yaxşı olacağını düşünürdüm. Belə davam edə bilməzdi”.

Pallottanın fikirlərinə şərh vermək istəmədiyini bildirən Monçi, belə deyib:

“Roma”da kiminsə haqqında pis bir şey dediyimizi eşitməyəcəksiz. Birlikdə yola çıxdıq və bir yerdə dayanmağa qərar verdik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button