“Roma”da yeni baş məşqçi – RƏSMİ

İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, ötən gün Eusebio Di Françesko ilə yollarını ayıran paytaxt təmsilçisi bu gün sabiq baş məşqçisi Klaudio Ranyerini komandanın “sükanı arxasına” gətirib. Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. İtaliyalı məşqçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Xatırladaq ki, Ranyeri 2009-2011-ci illər aralığında da “Roma”nı çalışdırıb. O, bir neçə gün öncə İngiltərənin “Fulhem” klubundan istefaya göndərilmişdi.

Son bir həftədə əzəli rəqibi “Latsio” ilə çempionat oyununda 0:3, “Portu” ilə Çempionlar Liqasının 1/8 final matçında 1:3 hesabıyla uduzan (ilk oyun 2:1) “Roma” bu uğursuzluqlara görə baş məşqçi Eusebio Di Françesko və idman direktoru Ramon Monçini istefaya göndərib. “Canavarlar” hazırda A Seriyasında 26 oyuna topladığı 44 xalla 5-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button