“Roma” hücumçusu ilə razılığa gəlib

“Roma”nın argentinalı hücumçusu Paulo Dibala klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, tərəflər artıq danışıqlarda ciddi irəliləyiş əldə ediblər və yeni razılaşmanın yaxın günlərdə rəsmiləşdirilməsi mümkündür.

Bildirilir ki, 32 yaşlı futbolçunun maaşı mövsümə təxminən 2,5 milyon avro olacaq. Ancaq bu, oyun sayı və məhsuldarlığa görə bonuslarla artırıla bilər.

Dibalanın klubla hazırkı müqaviləsinin müddəti bir ay sonra başa çatacaq. O, bu mövsüm İtaliya A Seriyasında 20 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button