“Levandovskini almaq üçün PSJ və “Çelsi” ilə yarışdıq” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta polşalı hücumçu Robert Levandovskinin kluba keçməsinə münasibət bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klub rəhbəri Levandovskini “pulemyotçu” adlandırıb:

“Barselona”ya hər bir böyük komanda kimi, çox qol vuran hücumçu lazımdır. Robert “pulemyotçudur”, bir neçə dəfə “qızıl buts” mükafatına layiq görülüb. O, qollara zəmanət verir. Və hər bir böyük komandaya qollara zəmanət verən hücumçu lazımdır. Onunla, Ansu Fati və Pyer Emerik Obameyanqla hədəflərə zəmanətimiz var. Mövsümlər uzanır, daha çox matçlar olur. Levandovskini almaq üçün PSJ və “Çelsi” kimi klublarla yarışdıq və o, bura gəlmək istədi. Robert ciddi təzyiqlərə dözməli oldu”.

İyulun 16-da “Barselona” Levandovskini transfer etmək üçün “Bayern”lə razılaşdığını elan edib. O, kataloniyalılarla 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Polşalı futbolçu “Bayern”də keçirdiyi 8 mövsümdə – 375 oyunda 344 qol vurub və 72 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button