“Barselona”da Reşfordla bağlı fikir ayrılığı var

İngiltərə millisinin üzvü, “Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən Markus Reşfordun Kataloniya klubunda qalma ehtimalı getdikcə azalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” ingiltərəli futbolçunu 30 milyon avroya birdəfəlik transfer etmək niyyətində deyil.

Kataloniyalıların idman direktoru Deku hesab edir ki, yüksək maaş alan Reşfordu komandada saxlamaqdansa, 60 milyon avroya yeni vinger transfer etmək daha məqsədəuyğundur. Bununla belə, komandanın baş məşqçisi Hans-Diter Flik ingilis oyunçunun heyətdə qalmasını və rotasiya üçün istifadə olunmasını istəyir.

28 yaşlı futbolçu cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 12 qol vurub və 13 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button