Reşford “Mançester Yunayted”ə qayıtmağa hazırdır

İcarə əsasında “Barselona”da çıxış edən hücumçu Markus Reşford “Mançester Yunayted”də yeni şans qazana bilər.

Əvvəllər “qırmızı şeytanlar”ın yetirməsini bu yay satacağı gözlənilirdi, amma indi vəziyyət dəyişir.

Komanda.az “MatchDay Central”-a istinadən xəbər verir ki, 28 yaşlı oyunçu doğma klubuna qayıtmağa və “Mançester Yunayted”in yeni layihəsinin bir hissəsi olmağa hazırdır.

İngiltərəli futbolçunun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. O, bu mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 43 oyunda iştirak edib, 12 qol vurub və 13 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button