
Region Liqasında final və 3-cü yer uğrunda oyunun yeri müəyyənləşdi
AFFA Region Liqasında 2025/2026 mövsümünün final və üçüncü yer uğrunda oyunun yeri və başlama saatı müəyyənləşib.
AFFA-dan Komanda.az-a verilən məlumata görə, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.
İlk olaraq saat 11:00-da “Biləsuvar” və “Şəfəq” komandaları arasında 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da “Zəngəzur”la “Marafon” komandaları arasında baş tutacaq.
Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



