“Real”ın və İspaniya millisinin sabiq üzvü vəfat etdi

“Real”ın və İspaniya millisinin sabiq üzvü Xose Antonio Reyes vəfat edib.

Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə “Sevilya” klubunun rəsmi “tvitter” hesabı məlumat yayıb. Reyes son olaraq İspaniyanın “Estremadura” klubunda forma geyinirdi.

Reyes karyerası ərzində “Real”, “Sevilya”, “Arsenal”, “Atletiko”, “Benfika” kimi klublarda forma geyinib.

Reyes 22 dəfə də İspaniya millisində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button